Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı keçirəcəyini bildirib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Putinlə telefon danışığının planlaşdırıldığını deyib.
Söhbətin nə vaxt baş tutacağı ilə bağlı suala ABŞ Prezidenti “çox tezliklə” cavabını verib.