İsveçin xarici işlər naziri Tobias Billström Ermənistan və Azərbaycan liderlərinin sülh prosesi istiqamətindəki səylərini alqışlayıb. Modern.az xəbər verir ki, nazir “X” mikrobloqunda yazıb: "Biz çox yaxşı xəbər aldıq. İsveç Şarl Mişelin Ermənistan və Azərbaycan arasında sülh prosesini hər iki ölkənin və regionun rifahı naminə irəlilətmək səylərini dəstəkləyir".