Bakı. Trend:
ABŞ administrasiyası Litva hakimiyyətinin ölkə ərazisində hərbi baza yaradılması ilə bağlı təklifini nəzərdən keçirmək niyyətindədir.
Bu barədə ABŞ prezidenti Ağ Evdə Vilnüsün Litva ərazisində daimi Amerika hərbi bazasının yaradılması təklifinə münasibət bildirərkən deyib.
“Biz, əlbəttə ki, bu məsələni nəzərdən keçirəcəyik. Litvada çoxlu insan tanıyıram. Onlar gözəl insanlardır”, - deyə Donald Tramp bildirib.