Bakı.Trend:
ABŞ-dən olan turist İsrail Müdafiə Qüvvələrini n(IDF) Təl-Əvivdəki qərargahının qarşısında terror aktı törətməyi planlaşdırıb.
Bu barədə İsrailin "i24News" telekanalının müxbiri Qay Azriel “X” sosial şəbəkəsində məlumat verib.
Jurnalistin sözlərinə görə, amerikalı turist hadisə yerinə gələrək IDF-in qərargahına daxil olmaq üçün icazə istəyib və şübhəli davranış nümayiş etdirib. Məlumata görə, kişi hücum həyata keçirmək niyyətində olduğunu etiraf etdikdən sonra saxlanılıb.
Hazırda İsrail hakimiyyəti şübhəlinin deportasiya edilməsi məsələsinə baxır.