Bakı. Trend:
Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.
Trend-in məlumatına görə, hadisə günorta saatlarında baş verib. Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib.
Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.
“Bakı Metropliteni” hadisəni təsdiq edib.
“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”,- deyə qurumdan bildirilib.