Bakı. Trend:
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci tur qarşılaşmasına çıxıb.
D Liqasının 2-ci qrupunda mübarizə aparan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu turda Lixtenşteyn yığması ilə üz-üzə gəlir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Azərbaycan millisi turnirin ilk turunda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk görüşündə doğma meydanda Litvaya 0:2 hesabı ilə məğlub olub.
FİFA-nın hazırkı reytinqinə əsasən, Azərbaycan 125-ci, Lixtenşteyn isə 206-cı pillədə qərarlaşıb.