Bakı. Trend:
BƏƏ-nin "Flydubai" aviaşirkətinin İsrailə həyata keçirdiyi reyslər Təl-Əvivə uçan təyyarədə baş vermiş insidentdən sonra oktyabrın 1-i səhər saatlarından etibarən altı gün müddətinə dayandırılacaq.
Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata əsasən, insidentlə bağlı araşdırma başa çatana qədər BƏƏ-dən Təl-Əvivə reysləri Flydubai əvəzinə İsrail aviaşirkətləri həyata keçirəcək və təyyarələrdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.
Bildirilib ki, bu addım sentyabrın 30-da İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparan BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla razılaşdırılıb.