Bakı. Trend:
Portuqaliya futbol millisi Millətlər Liqasının qrup mərhələsinin ikinci turunun oyununda Norveç yığmasını 2:1 hesabı ilə məğlub edib. Görüş Osloda keçirilib.
Qaliblərin heyətində Joau Feliks (17-ci dəqiqə) və Qonsalu Ramuş (54) fərqlənib. Norveç millisinin heyətində Erlinq Holand (51) qol vurub.
“Qızıl top”un beşqat sahibi, portuqaliyalı Kriştiano Ronaldo meydana çıxmayıb. O, bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. Hücumçu birinci turda Uels yığmasına qarşı keçirilən oyunda (1:0) 67-ci dəqiqədə əvəzlənmişdi.
Qrupun digər oyununda 4-cü qrupun elit divizionunda Danimarka yığması Uelsi 2:0 hesabı ilə məğlub edib. Portuqaliyalılar 6 xal toplayaraq kvartetin turnir cədvəlinə başçılıq edir. Daha sonra Norveç (3), Danimarka (3) və Uels (0) yığmaları qərarlaşıb.