Bakı. Trend:
Türkiyədə şəhərlərarası avtobusun iştirakı ilə baş verən yol qəzasında azı 7 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Bu barədə "NTV" telekanalı təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.
Qəza bazar günü Suriya ilə sərhəddə yerləşən Qaziantep vilayətinin Nurdağı rayonunda baş verib. Avtobus Qaziantep-Osmaniyə avtomobil yolunun bir hissəsində minik avtomobili ilə toqquşub və aşıb.
İlkin məlumata görə, avtobus yerli sakinləri daşıyırmış.