Bakı. Trend:
Salyan rayonunda qoşqulu yük maşını ilə minik avtomobili toqquşub.
Hadisə Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Volvo” markalı qoşqulu yük maşınının sürücüsü Sərxan Tağıyev, həmçinin “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü Əlvan Kərimov və sərnişinləri - Şəhla Eyniyeva, Fatimə Eyniyeva, Rahib Eyniyev xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.