Bakı. Trend:
İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qadın qrupumuz – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva 28.580 xalla temp hərəkətləri proqramında qızıl medal qazanaraq dünya çempionu olublar.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Eyni yarışda kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov 28.950 xalla balans hərəkətləri proqramında bürünc medalın sahibi olublar.

