Bakı. Trend:
Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp danışıqlar zamanı ikitərəfli strateji sabitlik münasibətlərinin məzmununun genişləndirilməsi barədə razılığa gəliblər.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, iki dövlət başçısı “Çin-ABŞ əlaqələrinin məzmununun daha da genişləndirilməsi” və “qarşılıqlı hörmət, ədalət və qarşılıqlılıq prinsiplərinə əsaslanan konstruktiv strateji sabitlik münasibətlərinin birgə qurulması” barədə razılığa gəliblər.
Si Cinpin sentyabrın 23-dən 25-dək 11 ildən sonra ilk dəfə ABŞ-a dövlət səfərindədir. O, cümə axşamı Ağ Evdə Tramp ilə məhdud və geniş tərkibdə danışıqlar aparıb.