Bakı. Trend:
Kanadanın paytaxtı Ottavada Tramp prospekti tezliklə əvvəlki adını itirəcək. Şəhər ABŞ prezidentinin “düşmənçiliyinə” etiraz olaraq prospektin adının dəyişdirilməsinə qərar verib.
Bu barədə qərar Ottava şəhər şurası tərəfindən yekdilliklə qəbul edib.
Şəhər meri Mark Satklif jurnalistlərə açıqlamasında deyib: “Şəhərimizdə Kanadaya qarşı düşmənçilik nümayiş etdirən Donald Trampın adını daşıyan hər hansı bir yerin olmasını istəmirəm.”
Tramp prospekti "Sentral Park" adlanan yaşıllıqlarla zəngin yaşayış məhəlləsində yerləşir. Buradakı küçələrin bir çoxuna ABŞ prezidentinin şəhəri olan Nyu-Yorkun adı və ya şəhərlə bağlı adlar verilib. Tramp prospektinin sakinləri prospekt üçün yeni ad seçmək məqsədilə işçi qrupu yaradacaqlar. Ad dəyişikliyinin gələn il həyata keçirilməsi gözlənilir.
Kanada 2025-ci ilin əvvəlində hakimiyyətə qayıtdıqdan sonra Donald Trampın başladığı gömrük rüsumları ilə bağlı kampaniyanın əsas hədəflərindən biridir. Tramp dəfələrlə Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək istədiyini bildirib.
İki qonşu ölkə arasında ticarət münaqişəsi Kanada hökumətinin Vaşinqtonla danışıqları avqustun 21-də dayandırmasından sonra daha da gərginləşib. Kanadanın Baş naziri Mark Karni Ağ Ev rəhbərliyini ölkəsinə “ədalətsiz” saziş qəbul etdirməyə çalışmaqda ittiham edib.