Xocavənd. Trend:
Xocavənd rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə iki minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Qəza zamanı Beyləqan rayonunun Yuxarı Aran kənd sakini, 1979-cu il təvəllüdlü Elnur Qarayev və Örənqala kənd sakini, 1981-ci il təvəllüdlü Səxavət Məmmədov xəsarət alıblar.
Hər iki yaralı tibbi yardım göstərilməsi üçün Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.