Bakı. Trend:
ABŞ, Danimarka və Qrenlandiya Arktikada Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) fəaliyyətinin, o cümlədən kəşfiyyat fəaliyyətinin genişləndirilməsinə çağırıb.
Bu barədə Ağ Ev tərəfindən açıqlanan Qrenlandiyanın təhlükəsizliyi üzrə yeni sazişin mətnində deyilir.
"Tərəflər Arktikada NATO-nun daha sıx əməkdaşlığını, o cümlədən planlaşdırma, mövcudluq, təlimlər və birgə kəşfiyyat məlumatlarının toplanmasını dəstəkləyirlər", - deyə qeyd olunub. Üçtərəfli razılaşmanı BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp, həmçinin Danimarkanın və Qrenlandiyanın Baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen imzalayıblar.
Sazişdə həmçinin bildirilir ki, ABŞ-ın "Qrenlandiyada yaşayış olmayan hərbi obyektlərin yaradılması" ilə bağlı müraciətlərinə sürətləndirilmiş prosedur əsasında baxılacaq.