Bakı.Trend:
Türkiyənin cənubundakı Adana vilayətində səhər saatlarında 5 maqnitudalı zəlzələ baş verib, yeraltı təkanlar daha dörd qonşu vilayətdə hiss olunub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, hər hansı mənfi hal və dağıntı qeydə alınmayıb.
AFAD-ın "X" sosial şəbəkəsində yayımladığı açıqlamada deyilir:
“Adana vilayətinin Saimbəyli rayonunda saat 04:02-də baş verən və Kahramanmaraş, Osmaniyə, Kayseri və Qaziantep vilayətlərində də hiss olunan 5 maqnitudalı zəlzələdən sonra hazırda hər hansı mənfi hal qeydə alınmayıb. Ərazidə araşdırmalar davam etdirilir”.
Adana vilayəti rəhbərliyi də zəlzələdən sonra dağıntılarla bağlı təcili xidmətlərə hər hansı müraciətin daxil olmadığını bildirib.