Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu ehtimal edib.
Bu barədə Donald Tramp "Fox News" telekanalına bildirib.
“Prezidentə Baş Assambleya ilə bağlı sual verdim. İran Prezidenti Məsud Pezeşkian orada olacaq. Onun İran lideri ilə görüşə açıq olub-olmayacağını soruşdum və o, ehtimal ki, buna açıq olacağını dedi”, - deyə jurnalist Trey Yanqst "Fox News"un efirində bildirib.