Bakı. Trend:
İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanın 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.
Səfirliyin “X” platformasındakı paylaşımında bildirilib:
"İsrail Dövlətinin Səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir!
Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!"