Bakı. Trend:
Bəzi rayonlarda leysan yağır, Göygölə dolu düşüb.
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 16:00-a olan məlumata əsasən, Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.
Bildirilib ki, Naftalan, Tərtər, Oğuz, Mingəçevir, Şəki (Kişçay), Qax (Sarıbaş), Quba, Qusar, Ağdam, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kəlbəcər, Gəncə, Göygöl, Daşkəsən, Şahdağ və Gədəbəydə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
Göygöl rayonuna saat 13:05-13:08 radələrində diametri 0,3 mm olan dolu düşüb.