Bakı.Trend:
Rusiya Ukrayna arasında həlak olan hərbi qulluqçuların meyitlərinin növbəti mübadiləsi baş tutub.
RBK-nin məlumatına görə, bu haqda Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.
Onun sözlərinə görə, mübadilə Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” keçid məntəqəsində baş tutub. Rusiya Ukraynaya həlak olmuş 252 hərbçinin meyitini, Ukrayna isə Rusiyaya 23 meyit təhvil verib.
Mübadilə faktını Ukraynanın Koordinasiya Qərargahı da təsdiqləyib. Qərargahdan bildirilib ki, həlak olanların meyitlərinin qaytarılmasına Beynəlxalq Qızıl Xaç Komitəsi yardım göstərib.