Bakı.Trend:
Kolumbiyada məmurlar siyasi səhnədən boks rinqinə keçiblər. Kaketa qubernatoru Ruis ilə Florensiya meri Monsalve təşkil olunan nümayiş xarakterli boks döyüşündə üz-üzə gəlib.
Bu barədə Kolumbiya KİV-ləri yazıb.
Geniş tamaşaçı kütləsinin izlədiyi tədbirdə hər iki siyasətçi qoruyucu kaska və boks əlcəkləri taxaraq peşəkar rinqə çıxıb. Hakimin idarə etdiyi görüşdə qubernator və mer gərgin mübarizə aparıblar. Tamaşaçıların güclü alqış və dəstəyi ilə davam edən döyüşdə tərəflərin rinqdəki performansı kameralara əks olunub.
Rinqdəki gərgin anlardan sonra görüşün qalibi müəyyənləşib. Hakimin qərarı ilə Kaketa qubernatoru Ruis nümayiş xarakterli döyüşün qalibi elan olunub.