Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbul zamanı vətəndaşlar rayon rəhbərliyinə müxtəlif məzmunlu müraciətlər ünvanlayıblar. Səsləndirilən müraciətlər əsasən məşğulluq, səhiyyə xidmətləri, tikinti və digər sosial-məişət məsələləri ilə bağlı olub.
Vətəndaşların müraciətləri Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və həmin məsələlər nəzarətə götürülüb.













