Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
Bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Məlumata əsasən, hava gəmisi yerli KİV-lərdən birinə məxsus ola bilər. Hadisənin səbəbləri hələlik məlum deyil.
Qeyd olunub ki, helikopter sentyabrın 15-də Los-Anceles şəhərinin ətrafında baş vermiş böyük yol qəzasının baş verdiyi ərazinin yaxınlığında yerə düşüb.