Bakı.Trend:
Avropa İttifaqının Ermənistan üçün vizasız rejimin liberallaşdırılması ilə bağlı bəyanatları İrəvana real təminatlar vermir, yalnız “Avropanın gözəl gələcəyi ilə bağlı vədlərin efemerliyini” nümayiş etdirir.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası Ermənistanın Baş naziri Nikol Paşinyanın daha əvvəl açıqladığı viza liberallaşdırılmasının müddətlərini faktiki olaraq təsdiqləmir.
Qaluzin həmçinin bildirib ki, Brüssel Ermənistana əsasən “utilitar” yanaşır və onu resurs və işçi qüvvəsi mənbəyi, eləcə də Avropa malları və xidmətləri üçün satış bazarı kimi nəzərdən keçirir.
“Avropalılar himayəsində olan ölkələrdə yalnız resurs, işçi qüvvəsi mənbəyi, həmçinin tamamilə sənayesizləşdirilmiş satış bazarı görürlər”, - deyə rusiyalı diplomat qeyd edib.