Bərdə. Trend:
Bərdə rayonunun Alpout kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb. “VAZ-2109” və “Saipa” markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrində olan 5 nəfərdən 4-ü xəsarət alıb.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər. Onlardan “VAZ-2109”un sürücüsü, 1989-cu il təvəllüdlü Şəki rayon sakini Məmmədiyəyev Aydın Akif oğlu həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.
Qəza zamanı 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin qızı, 1996-cı il təvəllüdlü Məmmədiyəyev Zemfira Vaqif qızı və 1974-cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zemfira Məmmədiyəyevanın ölən sürücünün həyat yoldaşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.

