Bakı.Trend:
Bu həftə (7-11 sentyabr 2026-cı il) "Azeri Light" (CIF), "Azeri Light" (FOB Ceyhan), "Dated Brent" və "Urals" markalı neftin orta qiymətləri artıb.
Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan "Azeri Light" markalı neftin (CIF) orta qiyməti əvvəlki həftə ilə müqayisədə 11,48 ABŞ dolları və ya 11,23 faiz artaraq 113,67 dollar təşkil edib.
Məlumata görə, həftə ərzində bu markalı xam neftin ən yüksək qiyməti bir barel üçün 120,02 dollar, ən aşağı qiyməti isə 107,31 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 109,84 dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 10,54 dollar və ya 10,61 faiz çoxdur. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 115,55 ABŞ dolları, ən aşağı qiymət isə 104,23 dollar olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 10,31 dollar və ya 13,59 faiz artaraq bir barel üçün 86,19 dollar təşkil edib. Həftə ərzində maksimum qiymət 91,27 dollar, minimum qiymət isə 81,60 dollar olub.
"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 113,66 dollar təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 14,91 dollar və ya 15,1 faiz çoxdur. Həftə ərzində bir barelin maksimum qiyməti 120,31 dollar, minimum qiyməti isə 106,51 dollar olub.
Neft/tarix
07.09.2026
08.09.2026
09.09.2026
10.09.2026
11.09.2026
Orta qiymət
Azeri LT CIF
$107.31
$108.18
$113.32
$119.54
$120.02
$113.67
Azeri Light FOB Ceyhan
$104.23
$104.99
$109.87
$115.55
$114.58
$109.84
Urals (EX NOVO)
$81.60
$81.95
$85.60
$91.27
$90.53
$86.19
Dated Brent
$106.51
$108.68
$114.26
$120.31
$118.56
$113.66