Bakı.Trend:
Suriya hakimiyyəti Livandan saxlanılan Süleyman Hilal əl-Əsədi – keçmiş prezident Bəşər Əsədin əmisi nəvəsini təhvil verməsini istəyib.
Bu barədə “L'Orient-Le Jour” qəzeti məlumat yayıb.
O, sentyabrın 11-də Livan ordusunun Bekaa vadisində narkomafiyaya qarşı keçirdiyi əməliyyat zamanı saxlanılıb. Saxlanıldıqdan sonra onu hərbi kəşfiyyat əməkdaşları dindirib, daha sonra iş məhkəmə orqanlarına göndərilib.
Həbs Bəşər Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra onun keçmiş rejiminin vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı Livan və Suriya arasında danışıqların yenidən başlaması fonunda baş verib.
Bəşər Əsədin devrilməsindən sonra Livan artıq keçmiş rəhbərliyin nümayəndələrini yeni Suriya hakimiyyətinə təhvil verib. 2024-cü ilin dekabrında Livan ordusu keçmiş Suriya prezidentinin devrilməsindən sonra ölkədən qaçan, aralarında zabitlərin də olduğu təxminən 70 suriyalı hərbçini Dəməşqə təhvil verib. Beyrutun ölkədən çıxardığı sonuncu şəxslərdən biri Suriya ordusunun keçmiş generalı Adil İsa olub.