Bakı. Trend:
Məktəblərdə davamiyyətin izlənməsində geriləmə müşahidə olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev Təhsil İşçilərinin Sentyabr Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, məktəblərdə davamiyyətin izlənməsi istiqamətində az da olsa geriləmə müşahidə edilib.
“Bu baxımdan məktəb direktorlarına xüsusi diqqət yetirmələrini tövsiyə edirəm. Əvvəlki qiymətləndirmədə zəif nəticə göstərən 50 məktəbdə yenidən monitorinqlər aparılıb. Təkrar monitorinq zamanı bir sıra istiqamətlər üzrə müsbət dinamika müşahidə olunub”,- deyə o əlavə edib.