Bakı.Trend:
Şagirdlər açıq tipli suallarda bir çox hallarda Türkiyə türkcəsindən istifadə edirlər.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev Təhsil İşçilərinin Sentyabr Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bəzi hallarda isə şagirdlərin xətti oxunaqlı olmur.
“Bundan əlavə, 6-cı sinif şagirdlərində oxu üzrə şərhetmə zəifdir. Hər bir uşağın nəticəsini qaldırmaq mümkündür. Əslində 2 il ərzində oxu üzrə şagirdlərin nəticəsində inkişaf müşahidə edilir.
4-cü sinifdə qızlar oxu üzrə oğlanlarda üstündür, lakin riyaziyyat üzrə oğlanlar qızlardan cüzi fərqlə üstündür”,- deyə o bildirib.
Xatırladaq ki, PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə əsasən, oxu savadlılığı üzrə qızlar 392, oğlanlar isə 356 bal toplayaraq aradakı fərqi 36 bala çatdırıb. Qızların oxu üzrə yüksək göstəriciləri baza səviyyəsinin altındadır. Bu istiqamətə xüsusi diqqət ayrılmalıdır. Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir.
Bu istiqamətdə qızlar 423, oğlanlar isə 422 bal toplayıb. Adətən riyazi savadlılıqda oğlanların üstünlüyü nəzərə çarpırdı. Azərbaycanda isə bu vəziyyət fərqlidir.