Bakı. Trend:
“Turan Tovuz” Futbol Klubu Aleksa Yankoviçi transfer edib.
Bu barədə klub məlumat yayıb.
Bildirilir ki, son olaraq “Sumqayıt”ın formasını geyinən serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.