Bakı. Trend:
Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunun matçında Portuqaliyanın "Sportinq" komandasına 1:3 hesabı ilə məğlub olub.
Qarşılaşma Lissabondada baş tutub.
Qalib komandanın heyətində Qeni Katamu (27-ci dəqiqə), Luis Suares (57, penaltidən) və Rodriqo Salasar (63) fərqləniblər. 5-ci dəqiqədə meyman sahiblərinin oyunçusu Qonsalu İqnasio topu öz qapısına göndərib.
Batrakov 64-cü dəqiqədə əvəzlənib. Rusiyalı yarımmüdafiəçi avrokuboklarda ilk matçını keçirib.
İkinci turda "Qalatasaray" İspaniyanın "Barselona" klubunu qəbul edəcək, "Sportinq" isə səfərdə Fransanın "Lans" komandası ilə qarşılaşacaq. Görüşlər oktyabrın 13-də baş tutacaq.