Bakı.Trend:
Oxuduğunu başa düşməmək bizim ən ağrılı problemimizdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, oxu savadlılığına görə, Bakı 56-cı yerdədir.
“Bakı, əslində yaxşı nəticə göstərib. Amma daha yaxşı nəticə olmalıdır. Təhsil ictimaiyyəti oxu nəticələrini yüksəltməyi müzakirə etməlidir. Mən deyəndə ki, adamlar oxuduğunu başa düşmür, bu rəqəmlərə istinadən deyirdim. Məktəb vaxtı oxuduğunu başa düşməyən insan, böyüyəndə də başa düşməyəcək. Bu bizim ən ağrılı problemimizdir”,- deyə nazir əlavə edib.