Bakı. Trend:
İtaliyada builki yay mövsümünün 1950-ci ildən bəri ən isti yay kimi qeydə alındığı bildirilib.
İtaliya Milli Tədqiqat Şurasının (CNR) bu gün yaydığı yazılı açıqlamada 2026-cı ilin yayının 1950-ci ildən bəri ölkə üzrə “ən isti yay” kimi qeydə alındığı bildirilib.
CNR-nin Bioiqtisadiyyat İnstitutunun tədqiqatçısı Lorenzo Arcidiaco 2026-cı ilin yayında ölkə üzrə yer səthindən iki metr yüksəklikdə orta temperaturun 24,3 dərəcə olduğunu, 2003-cü ilin yayında isə yenə ölkə üzrə və yer səthindən iki metr yüksəklikdə orta temperaturun 23,6 dərəcə qeydə alındığını bildirib.
CNR-in məlumatlarına görə, 2026-cı ilin yanvar-avqust dövründə temperatur əvvəlki ilin eyni dövrü ilə müqayisədə hər ay artıb və ən böyük fərq avqust ayında qeydə alınıb. 2026-cı ilin avqustunda qeydə alınan 25,6 dərəcə Selsi üzrə orta temperatur 1951-1980-ci illərin orta göstəricisi olan 20,4 dərəcədən 5,2 dərəcə, 1991-2020-ci illərin orta göstəricisi olan 22,1 dərəcədən isə 3,5 dərəcə yüksək olub.
İtaliya mətbuatında yayılan xəbərlərdə də ölkədə bu il yay mövsümünün əvvəlindən sonuna qədər 6 fərqli ekstremal isti hava dalğasının ölkənin cənubundan şimalına qədər həftələrlə təsir göstərdiyinə diqqət çəkilərək, 2026-cı ilin yayının 2003-cü ildə rekord kimi qiymətləndirilən hava temperaturlarını geridə qoyduğu vurğulanıb.