Bakı.Trend:
Yaponiyanın Baş naziri Sanae Takaiçi Tokionun sakinlərini dağıdıcı torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 5-ci səviyyəli xüsusi xəbərdarlığın elan edilməsindən sonra həyatlarını xilas etmək üçün dərhal tədbir görməyə çağırıb.
Xəbərdarlıq rekord səviyyədə leysan yağışlarının qeydə alındığı Niidzima kəndində tətbiq edilib. Takaiçi xəbərdarlığın qüvvədə olduğu ərazilərdə fəlakətin artıq baş vermiş ola biləcəyini bildirib. Sakinlərə yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, təxliyə təhlükəli olduğu halda isə yamaclardan və çay yataqlarından uzaq, daha təhlükəsiz yerə keçmək tövsiyə olunub.
Hakimiyyət orqanları həmçinin Yaponiyanın geniş ərazilərində güclü yağışlar, daşqınlar və yeni torpaq sürüşmələri təhlükəsi barədə xəbərdarlıq ediblər. Hökumət fəaliyyətlərin əlaqələndirilməsi və vəziyyətin monitorinqi üçün Baş nazirin iqamətgahı yanında böhran qərargahını işə cəlb edib.