Bakı. Trend:
Böyük Britaniyanın avtomobil istehsalçısı "Jaguar Land Rover" (Hindistanın "Tata Group" korporasiyasına məxsusdur) şrikəti ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumları səbəbindən 4 min iş yerini ixtisar etməyi planlaşdırır.
Bu barədə "The Sunday Times" həftəlik qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ixtisarlar iki il ərzində həyata keçiriləcək. Şirkət ABŞ tərəfindən rüsumların tətbiq edilməsi və avtomobil satışlarının azalması fonunda belə bir addım atmaq niyyətindədir. Nəşrin vurğuladığı kimi, işçilərin ixtisar edilməsi ilə bağlı planlar hökumətlə danışıqlar aparılmasını tələb edən həmkarlar ittifaqlarını narahat edir.
Vaşinqton 2025-ci ilin aprelində idxal olunan bütün avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq edib. Ötən ilin mayında həmin vaxt Böyük Britaniyanın Baş naziri vəzifəsində olan Kir Starmer bildirib ki, danışıqların nəticəsində ABŞ Britaniya avtomobil sənayesinin məhsullarına tətbiq etdiyi rüsumları 10 faizə endirəcək