Kəlbəcər. Trend:
Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə İstisu yolunda qeydə alınıb.
Quzeyçirkin kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev İbrahim Əbülfət oğlu idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yüksəklikdən çaya düşüb.
Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun ayağının sınığı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


