Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının ölkə iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini və 160 mindən çox insanı iş yeri ilə təmin etdiyini bildirib.
Bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Təkcə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox gəlir gətirdi və 160 mindən çox insanı işlə təmin etdi!" — deyə yazıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilib. 2026-cı ildə turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edib.