Bakı. Trend:
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Qəzza zolağını orada yaşayan fələstinlilərdən boşaltmaq və onları xaricə göndərmək məqsədi daşıyan plan təqdim edib. Bu təklif İsraildə keçiriləcək rəqabətli seçkilər ərəfəsində irəli sürülüb.
İsrailin ifrat sağçı siyasətinin tanınmış simalarından olan Ben Gvir qarşıdakı bir il ərzində 250 000 fələstinlinin Qəzza zolağını tərk etməsini, daha sonra isə İsrail ilə HƏMAS arasında müharibənin viran qoyduğu bu ərazidə yaşayan təxminən 2 milyon nəfərin qalan hissəsinin növbəti altı il ərzində ərazidən çıxarılmasını hədəf kimi müəyyənləşdirib.
Hakim koalisiyanın əsas simalarından biri olan və açıqlamaları xaricdə mütəmadi olaraq pislənilən Ben Gvir “Bunun real olduğunu” bildirib.
O, həmçinin bir neçə ölkənin Qəzza sakinlərini qəbul etməyə “hazır olduğunu” iddia edib, lakin həmin ölkələrin adlarını açıqlamayıb.