Bakı. Trend:
İran ordusu ABŞ-nin son hücumlarına güclü cavab verəcəyini bildirib.
Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı məlumat yayıb.
“ABŞ-nin Sistan və Bəlucistan, eləcə də Hörmüzqan əyalətlərindəki ərazilərə havadan həyata keçirdiyi təcavüzə cavab olaraq, İran Silahlı Qüvvələri qorxaq və məkrli amerikalı düşmənə sarsıdıcı zərbələr endirəcək”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İrana qarşı güclü və genişmiqyaslı zərbələr endirdiyini bildirib.