Bakı. Trend:
29-dan 30 avqusta keçən gecə ABŞ-ın Mayami şəhərindəki «Nu Stedium» stadionunda yerli «İnter Mayami» 2026-cı il mövsümünün MLS çempionatı çərçivəsində «Klüb de Fut Monreal»ı qəbul edib. Qarşılaşma Florida təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 20-ci dəqiqəsində meydan sahiblərinin braziliyalı yarımmüdafiəçisi Kazemiro MLS-də karyerasında ilk qolunu vurub. Ona argentinalı Telasko Seqoviya assist edib. 17 dəqiqə sonra qonaqların almaniyalı yarımmüdafiəçisi Fabian Gerbers isveçrəli Noy Ştraytın ötürməsindən sonra hesabı bərabərləşdirib. Fasiləyə qədər ulduz argentinalı Lionel Messi komandasını yenidən önə çıxarıb.
İkinci hissədə hücumçu daha üç qol vurub. Onun qollarından birinə Luis Suares, digərinə isə Rodriqo De Paul assist edib. Uruqvaylı futbolçu özü də fərqlənib, lakin bu dəfə Messinin ötürməsindən sonra. Qarşılaşmada daha bir qolu əvəzetmədən sonra meydana çıxan amerikalı yarımmüdafiəçi Aleksandr Şou vurub. O, rəqib qapısına Esekiel Abadiya-Redanın ötürməsindən sonra yol tapıb.
«İnter Mayami» MLS-də dörd oyunluq qələbəsiz seriyasına son qoyub. «Herons» Şərq Konfransında ikinci pillədə qərarlaşıb. Komandanın 22 oyundan sonra 42 xalı var. Monreal təmsilçisi isə Şərq Konfransında sonuncudan əvvəlki, 14-cü yerdədir və hesabında 21 xal var.