Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 3-cü tura start veriləcək.
Liqa cədvəlinə əsasən, ilk oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edəcək. 2 turdan sonra xala və qola həsrət olan “Qəbələ” turnir cədvəlində 11-ci, “Şamaxı” isə 1 xalla 7-cidir.
Digər qarşılaşmada “Şəfa” “İmişli”ni sınağa çəkəcək. Hazırda paytaxt klubu 3 xalla turnir cədvəlində 6-cı, bölgə təmsilçisi isə 1 xalla 8-ci yeri tutur.
Misli Premyer Liqası
III tur
29 avqust (şənbə)
18:00. “Qəbələ” - “Şamaxı” Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev VAR: Elvin Bayramov AVAR: Rahil Ramazanov Qəbələ şəhər stadionu
20:15. “Şəfa” - “İmişli” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov VAR: Cavid Cəlilov AVAR: Kərim Zeynalov “SOCAR Polymer Arena”
30 avqust (bazar)
18:00. “Kəpəz” - “Turan Tovuz”
20:15. “Zirə” - “Neftçi”
31 avqust (bazar ertəsi)
18:00. “Araz-Naxçıvan” - “Sabah”
20:15. “Sumqayıt” - “Qarabağ”