Bakı. Trend:
Güclü küləkli hava ilə əlaqədar baş verən hadisələr nəticəsində iki nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hər iki şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Ötən gün saat 20:20-də 1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Müayinə zamanı ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub və müvafiq tibbi yardım göstərilib.
Saat 20:40-da isə 1987-ci il təvəllüdlü qadın küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Ona sol əlin III-IV barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub.
Hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Mütəxəssislər güclü küləkli havada vətəndaşları ehtiyatlı olmağa, açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırıblar.