Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli və müraciətlərə yerlərdə həssas münasibətin göstərilməsi ilə bağlı iclas keçirilib.
İclasa Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sədrlik edib. Tədbirdə regional və yerli idarələrin rəhbərləri, eləcə də ərazi icra nümayəndələri iştirak ediblər.
Yığıncaqda ərazi icra nümayəndələrinin fəaliyyəti, xüsusilə də səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərlə bağlı məruzələr dinlənilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, yerlərdə vətəndaşların müraciətlərinə həssas və məsuliyyətlə yanaşılmalı, hər bir problem qanunvericiliyə uyğun olaraq öz həllini tapmalıdır.
İclasda, həmçinin yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə olunub. Məktəblərdə görülən işlər barədə məlumat dinlənilib, təhsil müəssisələrinin yeni tədris ilinə hazır vəziyyətə gətirilməsi ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Sonda iclasda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






















