Bakı. Trend:
2026/2027-ci il mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda pley-off mərhələsinin Fransa “Lion”u ilə Türkiyənin “Fənərbağça” klubları arasında cavab oyunu başa çatıb. Komandalar Liondakı “Qrupama” stadionunda qarşılaşıblar. Qələbəni 2:1 hesabı ilə qonaqlar bayram ediblər.
24-cü dəqiqədə “Fənərbağça”nın hücumçusu Vedat Muriqi hesabı açıb. 28-ci dəqiqədə müdafiəçi Arçi Braun İstanbul təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. 61-ci dəqiqədə “Lion”un vingeri Malik Fofana komandasının geridəqalmasını azaldıb.
“Lion” futbolçuları Lua Opendanın 64-cü dəqiqədə və Kayl Budanın 72-ci dəqiqədə vurduğu qollar isə VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.
“Fənərbağça” ilə “Lion” arasında ilk oyun avqustun 18-də, çərşənbə axşamı keçirilib və məhsuldar heç-heçə ilə (1:1) başa çatıb.
Beləliklə, Türkiyə klubu Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanıb.