Bakı. Trend:
"Yuventus" Kamil Qrabaranı "Volfsburq"dan transfer edib.
Turin klubu 27 yaşlı Polşa millisinin qapıçısını 500 min avroya icarəyə götürüb. Razılaşmaya əsasən, “Volfsburq” daha 300 min avroya qədər bonus əldə edə bilər. Əlavə xərclər isə 200 min avro təşkil edib.
Müqavilədə “Yuventus”un Qrabaranı 11,5 milyon avroya satın alma hüququ da var. Bu məbləğ üç il ərzində ödənilə bilər.
Qrabara ötən mövsüm Bundesliqada 34 oyunda iştirak edib və hər matçda orta hesabla 2,03 qol buraxıb.