Daşkənd. Trend:
Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu Daşkənddə işə başlayıb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, forum “InterContinental Tashkent” hotelində keçirilir və iki ölkə arasında regionlararası əməkdaşlığın inkişafına həsr olunub.
Plenar iclas çərçivəsində Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Qudratovun, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, iki ölkənin investisiya və ixrac agentliklərinin nümayəndələrinin, həmçinin Özbəkistan və Azərbaycan regionlarının nümayəndələrinin çıxışları gözlənilir.
Forum çərçivəsində, həmçinin, ikitərəfli sənədlərin imzalanması və mübadiləsi mərasimi keçiriləcək.
Bundan əlavə, B2B və G2B formatlarında ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Xəbər yenilənir...


