Bakı. Trend:
Əməkdar jurnalist Tofiqə Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Trend xəbər verir ki, mərasimə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media ictimaiyyətinin nümayəndələri, mərhumun dostları və ictimai xadimlər qatılıblar.
Mərasim iştirakçıları Əməkdar jurnalistin xatirəsini yad edir, yaxınlarına başsağlığı verirlər.
Vida mərasimi başa çatdıqdan sonra Tofiqə Qasımovanın nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra ötən gecə müalicə aldığı xəstəxanada vəfat edib.



