Bakı. Trend:
Avqustun 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, temperatur 37 dərəcəyədək yüksəlib
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib. Bildirilib ki, avqustun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19, Şahbuzda 16 m/s-yə çatıb. "Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti müşahidə olunub", - deyə məlumatda bildirilib.