Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, artıq Hörmüz boğazını Amerika Birləşmiş Ştatlarının ərazisi hesab edir.
Tramp Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxış edərkən bunu söyləyib.
"Biz İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik, əks halda sizi çox xoşagəlməz nəticələr gözləyir. Buna görə də biz müdaxilə etdik və onları dayandırdıq. Onların heç vaxt nüvə silahı olmayacaq. Onlar razılaşma əldə etməyi çox istəyirlər. Biz hətta bunu istəyib-istəmədiyimizi də bilmirik, çünki mən hazırda Hörmüz boğazını Amerika ərazisi hesab edirəm. Bu, Amerika ərazisidir", – deyə dövlət başçısı çıxış edərkən bildirib.