Bakı. Trend:
ABŞ Hörmüz boğazının bütün regionuna tam nəzarət edir. Bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bildiyiniz kimi, biz sərhədə tam nəzarət edirik, biz tam nəzarət edirik. Əgər blokadaya baxsanız, Hörmüz boğazı ilə bağlı bütün regiona tam nəzarət edirik və bu o deməkdir ki, bizim nəzarətimiz quru ərazilərinin xeyli dərinliklərinə qədər uzanır", – deyə dövlət başçısı bildirib. O, bu sözlərinə aydınlıq gətirməyib.
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran hakimiyyəti Amerika tərəfi ilə razılığa gəlmək istəyir, lakin hələlik Vaşinqtonun düzgün hesab etdiyi şərtlərlə razılaşmağa hazır deyil.
"Onlar razılaşma əldə etmək istərdilər, amma mənim fikrimcə, düzgün razılaşmanı bağlamağa hazır deyillər", – deyə Amerika lideri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.